Nazir Latviya səfiri ilə görüşüb

  05 Mart 2020    Oxunub : 1158
Nazir Latviya səfiri ilə görüşüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dainis Qarançs ilə görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri, həmçinin iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

Azvision.az



Teqlər: Latviya   səfir