​Bakıda yaşayış binasında yanğın olub

​Bakıda yaşayış binasında yanğın olub
  07 Mart 2020    Oxunub:1914
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 13 ədəd elektirk sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti