Miqrasiya Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı

  24 Mart 2020    Oxunub : 2233
Miqrasiya Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı
Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayrılıb.
Bu barədə Azvision.az -a DMX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin kollektivi də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycan xalqı ilə həmrəydir.

Azvision.az

Teqlər: DMX   Miqrasiya-Xidməti