“Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq” - Prezident

  28 Mart 2020    Oxunub : 1651
 “Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq” - Prezident
Bu gün Prezident İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdikdən sonra xəstəxananın kollektivi ilə görüşüb.

Azvision.az xəbər verir ki, görüş zamanı dövlət başçıs bu gün ölkənin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd edib, onun müasir avadanlıqla təchiz olunduğunu bildirib.
Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan Prezident vurğulayıb ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev