Azvision.az xəbər verir ki, Ombudsman Aparatının yaydığı açıqlamada qeyd olunub ki, əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin və yoluxma riski yüksək olduğuna görə yaşlı insanların yeni növ koronavirus infeksiyasından qorunması, onların sağlamlığının etibarlı qorunması üçün mütəmadi olaraq bütün sosial xidmət müəssisələrində sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir, virus əleyhinə dezinfeksiya işləri aparılır, bütün sakinlər mütəmadi olaraq müayinələrdən keçirilir, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə maarifləndirici məlumatlar verilir.
Diqqətə çatdırılıb ki, xüsusi karantin rejimi dövründə sosial xidmət müəssisələrində çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb və onlar qurulmuş uzunmüddətli növbəli sistem əsasında fəaliyyət göstərirlər.
Azvision.az