Dərslər nə vaxt başlayacaq? - Təhsil naziri açıqladı

 Dərslər nə vaxt başlayacaq? -    Təhsil naziri açıqladı
  15 Aprel 2020    Oxunub:8298
"Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil sistemində tam tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir".
Azvision.az xəbər verir ki, bunu AzTV-nin "Hədəf" verilişində Təhsil naziri Ceyhun Bayramov deyib.

Dərslərin nə vaxt başlanması ilə bağlı məsələyə gəlincə, nazir bildirib: "Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçüb-biçilmiş formada, sanitar-epdimioloji vəziyyətdən asılı olaraq, qərar qəbul edəcək. Tədris müddətinin dayandırılmasının uzadılmasına dair qərar qəbul olunarsa, bu həftə ərzində Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq".

Azvision.az


Teqlər: Təhsil   Koronavirus  





Xəbər lenti