Ukrayna səfirliyində konsulluq qəbulu dayandırıldı

Ukrayna səfirliyində konsulluq qəbulu dayandırıldı
  24 Aprel 2020    Oxunub:2201
COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq, vətəndaşların Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində konsulluq qəbulu müvəqqəti olaraq 11 may 2020-ci il tarixinə qədər dayandırılıb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, vətəndaşların konsulluq mövzusunda müraciətləri Səfirliyin [email protected] elektron ünvanına, məlumat üçün iş saatlarında +994124412706 +994124494095 telefon nömrələrinə zəng etməyi xahiş olunur.

Ukrayna vətəndaşlarının həyat və sağlamlıq təhlükəsi yarandığı halda, fövqəladə hallar zamanı Səfirliyin +994502557518 +994502557505 qaynar xəttinə zəng etməsi və ya mesaj göndərməsi xahiş olunur.

Azvision.az



Teqlər: Ukrayna  





Xəbər lenti