Ölkədə koronavirusdan sağalanların sayı 1536-ya çatdı

  Ölkədə koronavirusdan sağalanların sayı 1536-ya çatdı
  06 May 2020    Oxunub:2902
Azərbaycanda indiyədək 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti