Milli Məclis Aparatında yeni müavin təyinatı

  08 May 2020    Oxunub : 2635
 Milli Məclis Aparatında yeni müavin təyinatı
Milli Məclis Aparatının rəhbərinə müavin təyin edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncam əsasən, Yaşar Allahqulu oğlu Əməşov Milli Məclisin Aparat rəhbərinin müavini təyin olunub.

Qeyd edək ki, Y.Əməşov 2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis