Rusiya arxivi Paşinyanın babasının faşistlərə xidmət etdiyini təsdiqlədi

  11 May 2020    Oxunub : 15707
 Rusiya arxivi Paşinyanın babasının faşistlərə xidmət etdiyini təsdiqlədi
Ermənistanda baş nazir Nikol Paşinyanın babasının nasist hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə faktı təsdiqləyən sənədlər ətrafında qalmaqal yaranıb.
"Yerevan.today"-in yaydığı məlumata əsasən, Böyük Vətən Müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Sovet hərbçiləri haqqında informasiyaların ümumiləşdirilmiş elektron məlumat bankı Paşinyanın babasının faşistlərə xidmət etdiyini sənədlərlə təsdiqləyir.

Məlumat bazası Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Bazada Sovet arxivlərindəki sənədlərdən ibarət 37 milyon qeyd var.

Arxiv sənədlərində qeyd olunub ki, Ermənistanın Tavuş rayonunun Yenokovan kəndindən olan Nikolay Vartanoviç Paşinyan 1943-cü ildə Alman Vermaxtının erməni legionunda Qırmızı Orduya qarşı döyüşlərdə ölüb.

Ekspertlər hesab edirlər ki, ortaya çıxan faktlar Paşinyanın nasist cinayətkarlarının, indiki Ermənistanın siyasi elitasının banisi elan edilmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki prinsipial mövqeyini izah edir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan faşizm üzərində qələbənin 75 illiyi münasibətilə sosial şəbəkə hesabında babasının fotosunu paylaşıb. Paşinyan iddia edib ki, babası 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib və 1943-cü ildə müharibədə həlak olub.

Erməni baş nazirin paylaşımı birmənalı qarşılanmayıb. Onun babası haqqında məlumatlar araşdırılarkən üzə çıxıb ki, Nikolay Vartanoviç Paşinyan 1943-cü ildə Qaregin Njdenin dəstəsində faşistlərin tərəfində SSRİ-yə qarşı vuruşub.

Azvision.az

Teqlər: Paşinyan   Arxiv