“EuroHome”dakı yanğında FHN-in iki əməkdaşı zəhərlənib

  12 May 2020    Oxunub : 2766
“EuroHome”dakı yanğında FHN-in iki əməkdaşı zəhərlənib
Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın zamanı tüstüdən zəhərlənib.
Azvision.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin vəziyyəti yaxşıdır və xidmətlərini davam etdirirlər: ““EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi üçün Dövlət Yanğından Mühafızə Xidmətinin 32 texnikası, 146 şəxsi heyət cəlb edilib. Obyektin yanğına görə uçot təhcizatı zəif olduğu üçün 2 yanğın qatarı hadisə yerinə suyun fasiləsiz verilməsi üçün çağırılıb”.

Qeyd edək ki, ötən gün “EuroHome” tikinti materialları bazarında yanğın olub.

Azvision.az

Teqlər: FHN   Yanğın