Avstriya Prezidentindən İlham Əliyevə təbrik

  15 May 2020    Oxunub : 2711
Avstriya Prezidentindən İlham Əliyevə təbrik
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyası ilə bağlı bu çətin zamanda yaranmış xoş fürsətdən istifadə edərək, şəxsən Sizə əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və firavan gələcək dolu ən gözəl arzularımı çatdırıram".

Azvision.az

Teqlər: Avstriya   Prezident