Komitə sədri: “Bu, xəyanətdan başqa şey deyil”
Onun sözlərinə görə, radikal qruplar özlərini siyasi partiya kimi göstərməyə çalışırlar: “Radikal qruplar öz maraqlarını xaricdəki qüvvələri gətirməklə həll etməyə çalışırlar. Biz evimizin problemlərini çözmək üçün kənardan hansısa qüvvəyə istinad edib, öz marağımıza nail olmağa çalışırıqsa, milli maraqları tapdamışıq oluruq. Bu, xəyanətdan başqa şey deyil. Bu gün Azərbaycanda "5-ci kolon" dediyimiz radikal qruplar xarici qüvvələrlə birlikdə bizə zidd olan dairələrin Azərbaycanın milli maraqları əleyhinə təbliğat aparırsa, bu adamlar qəbul edilə bilməz. Ona görə də xalq tərəfindən qəbul edilmilər”.
M.Qurbanlı bildirib ki, dövlət və milli maraqları öndə olan ölkəni heç nə silkələyə bilməz.
"Bunun üçün hansısa təhsil almağa, institut bitirməyə ehtiyac yoxdur. Dövlət marağı birinci olan ölkəyə heç kim kənardan təsir göstərə bilməz".
Aytən Zəhra
Azvision.az