Türkiyədə zəlzələ: 18 nəfər xəsarət alıb, ölən var - YENİLƏNİB

  Türkiyədə zəlzələ:  18 nəfər xəsarət alıb, ölən var -  YENİLƏNİB
  15 İyun 2020    Oxunub:9357
Bingöldə baş verən zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, hazırda xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur.

***
Türkiyənin Bingöl vilayətində baş vermiş güclü zəlzələ nəticəsinə iki kənddə 10 ev dağılıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bingöl valisi Kadir Ekinci bildirib.

Onun sözlərinə görə, əraziyə xilasetmə qüvvələri cəlb olunub. Dağıntılar altında qalan 9 nəfər xəsarət alıb, bir nəfər dünyasını dəyişib. Qarovulçu işləyən şəxsin meyiti dağıntı altından çıxarılarq ailəsinə təhvil verilib. Zəlzələ nəticəsində zərər görən sakinlər üçün bölgəyə 500 çadır göndərilib

Qeyd edək ki, bu gün Türkiyənin Bingöl vilayətində 5,7 bal gücündə zəlzələ olub.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti