Dünyada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

   Dünyada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır
  15 İyun 2020    Oxunub:4909
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 7 milyon 930 min 273 nəfərə çatıb.

Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 433 min 634 nəfərdir. İndiyədək 4 milyon 76 min 297 nəfər xəstəlikdən sağalıb.
Ən çox yoluxma (2,151,727) və ölüm faktı (117,646) ABŞ-da qeyd alınıb.

Xatırladaq ki, COVID-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər:





Xəbər lenti