ABŞ-da etirazçılara atəş açıldı: Ölən və yaralılar var

ABŞ-da etirazçılara atəş açıldı:  Ölən və yaralılar var
  15 İyun 2020    Oxunub:4530
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində naməlum şəxslər etirazçılara atəş açıb, nəticədə iki nəfər ölüb, 5 nəfər yaralanıb.

Azvision.az xəbər verir ki, barədə "Fox News" məlumat yayıb. Bildirilir ki, hadisə polis özbaşınalığına son qoyulmasını və afroamerikalıların hüquqlarının qorunmasını tələb edən nümayiş zamanı baş verib.
Məlumata görə, atəş avtomobildən açılıb. Hücum nəticəsində xəsarət alanlardan ikisi yerindəcə ölüb, daha 5 nəfər xəstəxanaya aparılıb.

Qeyd edək ki, cümə günü axşam saatlarında Corciya ştatının Atlanta şəhərində polis əməkdaşları sərxoş vəziyyətdə avtomobildə olan afroamerikalı Reyşard Bruksu saxlamağa cəhd ediblər. Afroamerikalı polisə müqavimət göstərib və ələ keçirdiyi elektroşokdan onlara qarşı istifadə etməyə çalışıb. Bu zaman polislərdən biri Bruksa atəş açıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ABŞ-da kütləvi etirazları yenidən alovlandırıb. Nümayişçilər polis özbaşınalığına və irqçiliyə son qoyulmasını tələb ediblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti