Bakıda daha bir ASAN Xidmət Mərkəzi açılır

Bakıda daha bir ASAN Xidmət Mərkəzi açılır
  15 Yanvar 2014    Oxunub:655
2014-cü ildə ASAN Xİdmət mərkəzlərinin sayının artırılması gözlənilir. AzVision.az xəbər verir ki, bu sözləri hazırda mətbuat konfransı keçirən ASAN Xidmət Mərkəzinin rəhbəri İnam Kərimov deyib. Onun sözlərinə görə, rayonlarda 4-5 mərkəzin açılması gözlənilir.

Eyni zamanda, İ.Kərimov bildirib ki, Bakının Sabunçu rayonun da yeni mərkəz yaradılacaq. O, 4 saylı ASAN Xidmətin mart ayında açılışının olacağını söyləyib.

İnam Kərimov onu da əlavə edib ki, mart ayından başlayaraq regionlara yenidən səyyar avtobuslar gedəcək. Həmçinin fevralın 1-dən etibarən Bakıda da səyyar avtobusların vətəndaşınların xidmətində duracaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti