Deputat vətəndaşları qaydalara əməl etməyə çağırdı

  09 İyul 2020    Oxunub : 1949
Deputat vətəndaşları qaydalara əməl etməyə çağırdı
Pandemiya başlayan ilk gündən Azərbaycan dövlətinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində çox az itki ilə vəziyyətdən çıxmağı bacarmışıq.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Onun sözlərinə görə, indiki vəziyyətdə virusun yayılma sürəti nəzərə alınmalı və vətəndaşlar qaydalara əməl etməlidirlər.

"Virusa qarşı dərman preparatının, peyvəndin tapılmaması yoluxmaların artmasına səbəb olur. Bundan əlavə, insanların bu fəlakətə laqeyd, məsuliyyətsiz yanaşması da yoluxmanı sürətləndirir. Dövlət üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə görür. Ancaq burada hər fərddən məsuliyyət tələb olunur. Bir şəxs yüzlərlə insanı yoluxdura bilər. Söhbət ümumi cəmiyyətin təhlükəsizliyindən gedirsə, bu cəmiyyətin üzvü olan hər bir fərd məsuliyyətli olmalıdır. Hər bir vətəndaş özünü fikirləşməlidir. Özünü fikirləşmirsə, ailə üzvlərini, ünsiyyətdə olduğu şəxsləri fikirləşməlidir. Bütövlükdə dövlətimizi, dövlətçiliyimizi, millətçiliyimizi fikirləşsinlər. Məsuliyyətsizlik dövlətimizi, millətimizi təhlükə altında qoya bilər. Hesab edirəm ki, bunu dərk edib, deyilən göstərişlərə ciddi əməl etməliyik ki, bəladan az itki ilə qurtara bilək", - deyə deputat vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Karantin