“Təkrar məhdudiyyətlər tətbiq edilməsin” - Putin

“Təkrar məhdudiyyətlər tətbiq edilməsin” -  Putin
  29 İyul 2020    Oxunub:3260
Rusiya Prezidenti Vladimir Putin koronavirus infeksiyasına görə məhdudiyyətlərin yenidən tətbiqindən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, Putin profilaktik tədbirlər hesabına məhdudlaşdırma rejiminin yenidən tətbiqindən çəkinməyin zəruriliyini vurğulayıb.

"Əlbəttə ki, hər şeyi etmək lazımdır ki, önləyici, profilaktik tədbirlər sayəsində təkrar məhdudiyyətlər tətbiq edilməsin. Məktəblər, uşaq bağçaları, universitetlər, müəssisə və təşkilatlar təhlükəsiz, normal rejimdə işləyə bilsinlər", - Putin sanitar və epidemioloji vəziyyətə dair iclasda deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Rusiya   Koronavirus  





Xəbər lenti