Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs olundu

  Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs olundu
  29 İyul 2020    Oxunub:3401
Şirvan şəhəri ərazisində narkotik vasitələri qanunsuz saxlamaqla məşğul olan Samir Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, şöbədə onun üzərində axtarış aparılan zaman bir bükümdə metamfetamin aşkarlanaraq götürülüb.

İstintaq zamanı, həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə olunmasını nümayiş etdirib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən qəbul edərək insanlara göstərib. Bununla yanaşı, Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da deyib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə iki ay müddətində həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti