Erməni təxribatlarına qarşı 28 ölkədə 68 aksiya keçirilib

Erməni təxribatlarına qarşı 28 ölkədə 68 aksiya keçirilib
  30 İyul 2020    Oxunub:3235
Ermənistanın Tovuz istiqamətində təxribatını dünyaya çatdırmaqda diaspor nümayəndələrinin, könüllülərin və gənclərin böyük rolu olub.
Azvision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Onun sözlərinə görə, qısa zamanda gənclər qrupu tərəfindən hazırlanan “Karabakh is Azerbaijan” həştəqi ilk onluğa düşüb.

“Bu dövrdə 26 xarici diaspor təşkilatı 86 bəyanat ünvanlayıb və bu bəyantlar beynəlxalq təşkilatlara göndərilib. 26 ölkədə 20-dən çox dildə məqalə çap olunub. 200-ə yaxın xəbər yayımlanıb. Ümumilikdə, 28 ölkədə 68 aksiya keçirilib. Növbəti 11 aksiya avqustun 9-a qədər həyata keçiriləcək. Aksiyalarda 25 mindən çox insan iştirak edib. Aksiyaların 32-i Avropa ölkələrində, 13-ü ABŞ-da, 8-i Türkiyədə baş tutub”.

F.Muradov bildirib ki, bu gün erməni diasporu Azərbaycan diasporundan, vətəndaşlarından belə reaksiya gözləmirdi: “Tarixdə ilk dəfədir ki, bizim soydaşlarımız bu istiqamət üzrə mütəşəkkil şəkildə fəaliyyət göstərib, ermənilərə cavab verilib, onların təxribatını beynəlxalq arenaya çıxarıb. Böyük şəhərlərdə bir daha göstərildi ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyi və Azərbaycan ordusuna böyük inamı var. Bizim haqlı səsimiz böyük paytaxtlarda çatdırıldı. Bu işdə gənclərin rolu xüsusi vurğulanır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Diaspor   Aksiya  





Xəbər lenti