Daha bir əsgər özünü güllələdi

Daha bir əsgər özünü güllələdi
  23 Yanvar 2014    Oxunub:1096
Azərbaycanda əsgər tabeliyindəki silahla özünü vurub. APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb.

Alayın əsgəri Vasif Şamil oğlu Süleymanov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya faktla bağlı araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, V. Süleymanov Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti