“Tovuzda ölən və yaralanan olmayıb” – İcra hakimiyyəti

“Tovuzda ölən və yaralanan olmayıb”  – İcra hakimiyyəti
  23 Yanvar 2014    Oxunub:1148
Ötən gün Tovuzun Ağdam, Ağbulaq, Əlibəyli kəndləri ermənilər tərəfindən atəşə tutulsa da, mülki şəxslər arasında yaralanan, xəsarət alan olmayıb.

Bunu AzVision.az-a açıqlamasında Tovuz rayon icra başçısının müavini Mahir Həsənov deyib.

O, bildirib ki, ötən axşam saatlarında kəndlər ermənilər tərəfindən saatlarca atəş altında qalsala da, kənd sakinləri arasında heç kim xəsarət almayıb.

Qeyd edək ki, ötən gün cəbhə xəttində gərgin vəziyyət yaranıb. Müdafiə Nazirliyi isə bildirib ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 138 dəfə atəşkəs rejimini pozublar. Sosial şəbəkərlədə isə yayılan məlumatlara görə, atəşkəsin pozulması zamanı yerli kənd sakinləri arasında yaralananlar olub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti