Saxta pul kəsənlər tutuldu

Saxta pul kəsənlər tutuldu
  23 Yanvar 2014    Oxunub:1120
Ağdaş rayon sakini Sadiq Yusibovdan və Hacıqabul rayon sakini Raqil Şirəliyevdən saxta əskinaslar aşkar edilərək götürülüb.

AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.

R.Şirəliyevin idarə etdiyi “Kia-Rio” markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Şirvan şəhərinin ərazisində R.Şirəliyevin icarəyə götürdüyü “Foto Uğur” studiyasına baxış zamanı isə saxta əsginasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı “DVR” sistem bloku aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Teqlər:  





Xəbər lenti