Məhkəmə başladı, Gülər Əhmədova etiraz etdi
Eyni zamanda bu vəsatətlə bağlı çıxış edən eks-deputat bildirib ki, onunla eyni maddə ilə həbs olunan qadınlar var ki, onlar məhkəmə zamanı dəmirbarmaqlıqlar arxasında yox vəkilin yanında əyləşib.
Onun sözlərinə görə, bu onun psixologiyasına pis təsir edir.
Bu vəsatətlə bağlı danışan hakim İlqar Murquzov qeyd edib ki, bu Penitensiar Xidmətin nizamnaməsi ilə bağlıdır. Əsas səbəbi məhkumun təhlükəsizliyi və mühafizəsi üçündür.
Daha sonra çıxış edən hakim bildirib ki, əgər vəkil istəyirsə başqa otaqda konfidensial qaydada müvəkkili ilə görüşüb, müzakirələr apara bilər.
Vəkil Əfsər Talıbov yenidən çıxış edərək başqa bir məsələ ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, məhkəmə iclası zamanı jurnalistlərin çəkiliş etməsinə və səslərin yazılmasına icazə verilsin.
Gülər Əhmədova isə qeyd edib ki, bəzi jurnalistlər onun çıxışını təhrif edərək, başqa cür yazırlar. Buna görə də iclasda çəkilişə icazə verilsin.
Lakin, onun bu vəsatəti də hakim tərəfindən təmin edilməyib.
Digər bir vəsatətlə çıxış edən Əfsər Talıbov deyib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılsın. Lakin, onun bu vəsatəti hakim İlqar Murquzov tərəfindən rədd edilib.
Məhkəmə iclasında fasilə elan edilib.
Fatimə Kərimli