Meteohəssas insanlara nazirlikdən XƏBƏRDARLIQ

Meteohəssas insanlara nazirlikdən XƏBƏRDARLIQ
  23 Yanvar 2014    Oxunub:849
Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 24-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 25-də arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


Teqlər:





Xəbər lenti