Rəsul Quliyev özünü təriflədi, müxalifəti pislədi
AzVision.az-ın məlumatına görə, eks-spiker başqa AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin istefaya getməsinin vacib olduğunu əsas gətirərək müxalifətin hazırki acınacaq duruma düşməsində onları günahlandırıb.
“Müxalifətin hazırki vəziyyətdən çıxışı üçün ilk növbədə deqradasiya olmuş müxalifətin indiki liderləri istefa verib getməlidir. Mən öz həyatımdan misal gətirim. İşlədiyim zavodun direktoru işdən çıxarılmasa və məni onun yerinə təyin etməsəydilər, öz bacarığımı göstərə bilərdimmi? Əlbəttə yox. Gərək o vəzifəni tutardım ki, ondan sonra həmin zavodu düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün intellektual potensialımı səfərbər edim. Və ya parlament sədri olmasaydım necə aqrar islahatlar, bazar iqtisadiyatına keçid, monopoliyaya qarşı və başqa çoxlu qanunları həyata keçirə bilərdim. Bu çox elementar məsələlərdir, bunları başa düşməmək xalqın faciəsidir”-deyə R.Quliyev müxalifətə öz həyatından misal gətirib.
AzVision.az