Polis bölməsindəki intiharla bağlı rəsmi AÇIQLAMA

Polis bölməsindəki intiharla bağlı rəsmi AÇIQLAMA
  23 Yanvar 2014    Oxunub:1015
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi bir nəfərin polis bölməsində özünə xəsarət yetirməsi haqda birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 12-də Bakı şəhər sakini İlqar Aslanov Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin tarixdə saat 23 radələrində rayonun 20-ci sahə ərazisində əvvəllər məhkum olunmuş Anar Rəsulov tanımadığı digər şəxslə onun idarə etdiyi avtomobili saxladaraq küt alətlərlə onun avtomobilinə müxtəlif zədələr yetirib.

Bundan sonra yanvarın 18-də İ.Aslanov dostları ilə «Ləziz» kafesində olarkən A.Rəsulov yenidən digər şəxslərlə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirməyə cəhd göstərib, lakin dostlarının müdaxiləsi nəticəsində sonuncu öz niyyətinə nail ola bilməyib.

Yanvarın 21-də qeyd olunan xüsusatların araşdırılması məqsədilə A.Rəsulov 8-ci Polis Bölməsinə dəvət edilib və onun izahatı alınarkən məsuliyyətdən azad olmaq məqsədilə üstündə gəzdirdiyi bıçaqla özünə daxilə nüfuz etməyən xəsarət yetirib.

A.Rəsulova aldığı xəsarətlə bağlı ilkin tibbi yardım göstərilib.

Hazırda faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az




Teqlər:  





Xəbər lenti