Çimərliklərdəki vəziyyətlə bağlı rəsmi açıqlama

 Çimərliklərdəki vəziyyətlə bağlı rəsmi açıqlama
  15 Avqust 2020    Oxunub:3183
“Bu həftə aparılan monitorinq onu deməyə əsas verir ki, çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir”.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, ötən həftəsonu bir az sıxlıq müşahidə edilib: “Amma bunun aradan qaldırılması təmin olunub. Çimərlik.az portalına müraciət edən vətəndaşların sayı artmaqdadır. 40 minə yaxın vətəndaş artıq müraciət edib”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Çimərlik   Dəniz  





Xəbər lenti