Faktiki hava şəraiti açıqlandı

Faktiki hava şəraiti açıqlandı
  15 Avqust 2020    Oxunub:3530
Avqustun 15-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, düşən yağışın miqdarı Kişçayda (Şəki) 56 mm (aylıq normanın 56 faizi), Sarıbaşda (Qax) 38 mm (aylıq normanın 32 faizi), Zaqatalada 36 mm (aylıq normanın 49 faizi), Şəki, Balakəndə 27 mm (aylıq normanın 36 faizi), Qrızda 22 mm (aylıq normanın 41 faizi), Oğuzda 17 mm (aylıq normanın 30 faizi), Qubada 14 mm (aylıq normanın 42 faizi), İsmayıllıda 10 mm, Xaltanda 9 mm, Qusarda 8 mm, Qəbələdə 7 mm, Şamaxıda 6 mm, Gədəbəydə 5 mm, Göyçay, Altıağacda 4 mm, Mərəzədə 3 mm, Astara, Daşkəsən, Şahbuz, Ordubadda 2 mm, Naxçıvan, Ağdərə (Ordubad), Göygöl, Gəncə, Şəmkir, Tərtər, İmişli, Şabran, Bakı, Sumqayıtda 1 mm olub.

Yağan leysan xarakterli yağış nəticəsində Balakən-Balakənçay, Talaçay-Zaqatala, Əyriçay-Başdaşağıl və Kürmükçay-İlisu məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Çilov adasında 21 m/s, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Binə, Qum adasında 18 m/s, Bakı, Maştağada 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Havanın temperaturu Bakıda iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29 dərəcəyədək, aran rayonlarında 28-32, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 30-33 dərəcə isti olub.

Azvision.az



Teqlər: Hava  





Xəbər lenti