Görədildəki su kanalı tullantılardan təmizləndi
"Qeyd edilməlidir ki, bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş verib. Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənib, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilib, ərazinin təmizliyinə cavabdeh olan yerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artırılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb", - məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Kanal