Belarus müxalifətinin liderlərindən biri saxlanıldı

   Belarus müxalifətinin liderlərindən biri saxlanıldı
  09 Sentyabr 2020    Oxunub:3756
Belarus müxalifətinin liderlərindən biri, müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikova polis tərəfindən saxlanılıb.
Azvision.az -ın "tut.by" saytına istinadən verdiyi məlumata görə, Maria Kolesnikova Minskin Volodarski küçəsindəki istintaq təcridxanasındadır.

Marianın atası Aleksandr Kolesnikov faktı təsdiq edib.

Qeyd edək ki, Maria Kolesnikova 7 sentyabr tarixində Minskin mərkəzində naməlum şəxslər tərəfindən qaçırılıb.

Hadisə şahidləri bildiriblər ki, Maria Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Azvision.az


Teqlər: Belarus   Müxalifət  





Xəbər lenti