Müdafiə Nazirliyində yeni mətbuat katibi təyinatı

  26 Sentyabr 2020    Oxunub : 3607
 Müdafiə Nazirliyində yeni mətbuat katibi təyinatı
Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Müdafiə naziri Zakir Həsənovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi