Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
  04 Oktyabr 2020    Oxunub:5092
"Biz beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan itkisinə səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik. Ermənistan təcili olaraq hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdluları və terrorçuları geri qaytarmalı, işğal altındakı Azərbaycan ərazilərini dərhal tərk etməlidir".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Ermənistana ünvanladığı xəbərdarlıqda qeyd olunub.

"Uşaq, qadın və yaşlı demədən Xocalıda qırğın törədən Ermənistan bölgədə 30 il əvvəl olduğu kimi sülh və əmin-amanlığın yaranmasına mane olur. Ermənistanın Türkiyə təyyarələrinin və PUA-larının onlara qarşı istifadə olunduğuna dair iddiaları həqiqəti əks etdirmir".

Azvision.az


Teqlər: Ermənistan   Türkiyə   MüdafiəNazirliyi  





Xəbər lenti