“Daha böyük uğurlar bizi gözləyir” - Sahibə Qafarova

 “Daha böyük uğurlar bizi gözləyir” -  Sahibə Qafarova
  06 Oktyabr 2020    Oxunub:1915
“Azərbaycan Respublikasının Prezidentinin dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, ərazi bütövlüyümüz təmin edilməlidir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, daha böyük uğurlar bizi gözləyir: “Cəbrayıl artıq işğaldan azad edilib. Digər rayonlarımızın da azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən uğurlar zamanı itkilər də olur. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Əminəm ki, bu gün dövlət başçısı və xalq arasında olan birliyin nəticəsində Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   Milli-Məclis   Qarabağ  





Xəbər lenti