Ermənilərin mülki əhaliyə vurduğu ziyan - FHN açıqladı
![Ermənilərin mülki əhaliyə vurduğu ziyan - FHN açıqladı Ermənilərin mülki əhaliyə vurduğu ziyan - FHN açıqladı](https://azvision.az/photos/2020/10/16020-1602068459.jpg)
Bundan əlavə, xəsarət almış 9 nəfər və 2 cəsəd düşmənin raket atəşləri nəticəsində dağılmış evlərin dağıntıları altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, əhalinin fövqəladə hallara hazırlığı məqsədilə Nazirlik tərəfindən fövqəladə hallarla bağlı davranış qaydalarına dair mütəmadi maarifləndirmə işləri aparılır. Ümumtəhsil, orta ixtisas və ali təhsil, tibb, istehsalat, turizm və digər müəssisələrdə, habelə KİV və sosial şəbəkələr vasitəsilə aparılan maarifləndirmə işləri sayəsində fövqəladə hallarla bağlı müvafiq davranış vərdişlərinin formalaşması təmin olunur. Həmçinin, əhalinin mülki müdafiə sahəsində hazırlığı və maarifləndirilməsi məqsədilə Nazirlik tərəfindən mülki müdafiə kursları və məşğələləri təşkil edilir, kompleks mülki müdafiə təlimləri, cəbhəboyu zonalarda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində maarifləndirmə tədbirləri və digər tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Azvision.az
Teqlər: FHN