Miqrasiya Xidmətindən Azərbaycan Ordusuna dəstək

Miqrasiya Xidmətindən Azərbaycan Ordusuna dəstək
  07 Oktyabr 2020    Oxunub:2025
Dövlət Miqrasiya Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb.
Bu barədə Azvision.az -a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait ayırıb.

Dövlət Miqrasiya Xidmətinin bütün əməkdaşları Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni bir şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayır.

Azvision.az



Teqlər: DMX   Miqrasiya-Xidməti  





Xəbər lenti