“Raketin hansı ərazidən atılması qiymətləndirilir” - Hikmət Hacıyev
“Ermənilər 90-cı ilin əvvəllərində Xocalıda belə soyqırım əməli törədib. Lakin bu gün onların qaşrısında güclü Azərbaycan dövləti, Azərbaycan Ordusu var. Azərbaycan Ordusu onların döyüş meydanında cavabını verir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.
H.Hacıyev qeyd edib ki, Gəncəyə raketin hansı ərazidən atılması qiymətləndirilir: “Hesab edilir ki, işğal olunmuş ərazilərdən raket atılıb, qiymətləndirmə aparılır. Atəşkəs Ermənistan tərəfindən pozulub. Bunun qiymətini beynəlxalq ictimaiyyət verməlidir. Bu, vasitəçilik edən tərəflərə qarşı hörmtəsizlikdir. “Toçka U” kimi raketlər bu kimi insanların əlində olanda, onlar bunu mülki şəxslərə qarşı istifadə edir. Ermənistana mülki təyyarədən istifadə edərək silah daşıyırlar”.
Aytən Zəhra
Azvision.az