Hikmət Hacıyev ermənilərin Gəncəyə atdığı raketdən yazdı - FOTO

  Hikmət Hacıyev ermənilərin Gəncəyə atdığı raketdən yazdı -    FOTO
  13 Oktyabr 2020    Oxunub:4120
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində Ermənistan silahlı qüvvələrinin Gəncə və Mingəçevirdə mülki əhaliyə qarşı “Skad” raketindən istifadə etdiyini yazıb.
“Bu ballistik raketlər nüvə başlığını daşımaq iqtidarındadır. ANAMA tərəfindən aparılan hərtərəfli istintaq bunu təsdiq edir. Ballistik raket mülki əhalinin sıx yaşadığı əraziyə böyük ziyan vurub!”, - deyə H.Hacıyev qeyd edib.



Xatırladaq ki, Ermənistan ordusunun Gəncəyə raket hücumu nəticəsində 10 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti