2 şəhər və 5 kəndə giriş-çıxış dayandırılır - QƏRAR

 2 şəhər və 5 kəndə giriş-çıxış dayandırılır -  QƏRAR
  13 Oktyabr 2020    Oxunub:4724
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Qeyd edək ki, qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti