Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Reanimasiyada olan xəstələrin sayı açıqlandı
  16 Oktyabr 2020    Oxunub:2033
Bu gün hər bir səhiyyə işçisinin ürəyi özəl və ya dövlət müəssisəsi olmasından asılı olmayaraq, cəbhədə döyünür. Heç bir halda çətinlik sözünü istifadə etməyəcəyik. Əgər Azərbaycan əsgəri Murovda durursa, biz də onun qulluğunda durmağa hazırıq. Bəzi məqamlarda cəmiyyətin dəstəyinə ehtiyac var.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, son zamanlar COVID-19 xəstəliyinin yoluxma sayının artımı müşahidə edilir.

“Avropa və qonşu ölkələrdə bəzi məhdudiyyətlər tətbiq olunur. Dünən bizdə yoluxma sayı 530-a çatıb. Bu avqustun əvvəllərindən müşahidə olunan ən böyük rəqəmdir. Bu gün 113 ağır xəstə reanimasiyadadır və 13 nəfər süni tənəffüs aparatına qoşulub”.

Aytən Zəhra

Azvision.az


Teqlər: Xəstə   Koronavirus   Reanimasiya  





Xəbər lenti