“Məktəblərdə kütləvi yoluxma olmayıb” - Təhsil naziri

   “Məktəblərdə kütləvi yoluxma olmayıb” -    Təhsil naziri
  16 Oktyabr 2020    Oxunub:2639
Karantin elan edilməyib, tətil elan edilib. Bu, o deməkdir ki, bu və ya digər formada tədris aparılmır.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, noyabrda 9 günlük tətil nəzərdə tutulurdu.

“Söhbət həmin günlərin bir həftə əlavə olunmaqla yerinin dəyişməsindən gedir. Qərarın verilməsinin səbəbi əvvəlki dövrlə müqayisədə virusun yayılması daha sürətli olmasıdır. Bu gün 1221 məktəbdə, Gəncə, Naftalan, Mingəçevir şəhərləri, Ağcəbədi, Ağdam, Ağstafa, Beyləqan, Daşkəsən, Bərdə, Füzuli, Gədəbəy, Goranboy, Qazax, Tərtər, Tovuz, Yevlax, Şəmkir, Samux, Göygöl və Cəbrayıl rayonlarının ərazilərində olan məktəblərdə bəlli səbəblərdən tədris dayandırılır. Bu məktəblərdə 340 min şagird təhsil alır. Bakı, Suqmayıt şəhərləri və Abşeron rayonu əhalinin sıx məskunlaşdığı yerdir. Məktəblərin özündə kütləvi yoluxma hallarına rast gəlinməyib. Təhsil müəssisələrinə gedən müəllimlər, digər işçilər nəqliyyatdan istifadə edir, sıxlıq yaradır. Distant təhsil mümkün deyil deməzdim, müəyyən çətinliklər var”.

Aytən Zəhra

Azvision.az


Teqlər: EminƏmrullayev   Təhsil   Distant  





Xəbər lenti