Parlamentin növbəti iclasının vaxtı açıqlandı

   Parlamentin növbəti iclasının vaxtı açıqlandı
  16 Oktyabr 2020    Oxunub:2984
Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.
Milli Məclisin ictimaiyyət və mətbuatla əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclas oktyabrın 20-də keçiriləcək

İclasın gündəliyinə 5 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti