Hikmət Hacıyev: "Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub" |
“EL MUNDO” nəşrinin jurnalisti Xavyer Espinozanın guya muzdluların Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb olunması ilə əlaqədar şayiələrlə bağlı sualını cavablandıran Hikmət Hacıyev bildirib ki, bu, Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatıdır. Bu gün yüksək döyüş qabiliyyətinə və ən müasir silahlara malik Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Uzun illərdir ki, erməni tərəfi Suriya və Livan erməniləri adı altında Azərbaycana, onun Silahlı Qüvvələrinə qarşı muzdlular kimi istifadə edir.
Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları pozmaq üçün hər vasitəyə əl atdığını diqqətə çatdıran Hikmət Hacıyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayıb, Dağlıq Qarabağa Azərbaycanın sərhədləri daxilində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü qeyd edib.
Azvision.az