“Qələbəni Şuşada, Xankəndində qeyd edəcəyik” - Mixail Zabelin
“Bu yaxınlarda Gəncə şəhərində oldum, orada gördüm ki, erməni faşistləri mülki əhaliyə qarşı hansı vəhşilikləri edib. Çoxlu ölən və yaralananlar oldu. Artilleriya atəşi insanları seçmir, uşaqlar da ölür. Bir neçə gün əvvəl 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakovu dəfn etdik. Onun heç bir günahı yox idi. Gəncəyə gəldi və raket hücumuna məruz qaldı. Uzun müddət həkimlər onun sağalması üçün çalışdı. Lakin onun həyatını xilas etmək mümkün olmadı. Bu vəhişilik haqqında nə demək olar?"
Deputatın sözlərinə görə, müharibədə uduzduğunu görən Ermənistan öz ərazisindən mülki şəhərləri hədəfə alır və istəyir ki, bizim əsgərlər raketlərin atıldığı nöqtələri vursunlar.
“Bununla KTMT-nin üzvü kimi Rusiya və digər ölkələrin diqqətini çəkmək, onların Ermənistanı müdafiə etməsinə çalışırlar. Tarixdə hər zaman belə olub. Ermənilər soyqırım törədir, sonra özünü müdafəsiz, əziyyətlər görmüş ölkə kimi göstərir. Bu, Ermənistan hökumətinin tarixi taktikasıdır”.
M.Zabelin qeyd edib ki, Azərbaycan xalqı tarixi torpaqları uğrunda haqlı mübarizə aparır: “Hər kəs Vətənin müdafiəsi uğrunda ayağa qalxıb. O gün uzaqda deyil, bizim ordumuzun Şuşaya, Xankəndi şəhərinə girəcəyi tarix uzaqda deyil və biz orada Azərbaycanın qələbəsini qeyd edəcəyik. Qarabağ Azərbaycandır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Gəncə Terror Uşaq Deputat MixailZabelin