"Düşmənin yaydığı məlumat dezinformasiyadır" - AÇIQLAMA

 "Düşmənin yaydığı məlumat dezinformasiyadır" -  AÇIQLAMA
  02 Noyabr 2020    Oxunub:3220
Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Düşmən   Yalan   Məlumat  





Xəbər lenti