“Ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır” - Ruhani

“Ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır” -  Ruhani
  04 Noyabr 2020    Oxunub:3827
Ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının haqqıdır.
Azvision.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Ruhani əlavə edib ki, İran Xarici İşlər Nazirliyi münaqişəyə son qoyulması, sülh əldə edilməsi üçün çox yaxşı bir plan hazırlayıb və tərəflərə təqdim edib.

Xatırladaq ki, daha əvvəl İran Prezidentinin xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Abbas Əraqçi Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyaya səfər edib. O, səfər zamanı İranın sülh planını təqdim edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Ruhani   İran  





Xəbər lenti