Ştutqartda Azərbaycana dəstək aksiyası keçirildi

Ştutqartda Azərbaycana dəstək aksiyası keçirildi
  09 Noyabr 2020    Oxunub:2095
Almaniyanın Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçiriblər.
Azvision.az xəbər verir ki, Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən dinc aksiyada həmvətənlilərimizlə yanaşı, qardaş Türkiyə və digər Azərbaycana dost xalqların nümayəndələri də iştirak ediblər.

Dinc aksiya Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə dəstək məqsədilə keçirilir. Bununla yanaşı, məqsəd həm də yerli KİV-lərin bu hadisələri obyektiv işıqlandırmağa çağırmaqdır.

Aksiya iştirakçıları Ermənistanı Azərbaycan ərazilərinin qanunsuz hərbi işğalına son qoymağa çağırdılar. Aksiyada Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən terror aktı nəticəsində həyatını itirmiş mülkü insanların yaxınları da iştirak edirdilər.

Aksiya çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi qanlı faciələri haqqında müxtəlif dillərdə çap olunmuş məlumat kitabçaları paylanılıb.

Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti