“Qarabağ razılaşması ermənilər üçün böyük məğlubiyyətdir” - Tomas De Val

 “Qarabağ razılaşması ermənilər üçün böyük məğlubiyyətdir” -   Tomas De Val
  11 Noyabr 2020    Oxunub:4321
İngilis jurnalist, məşhur "Qara Bağ" kitabının müəllifi Tomas De Val Dağlıq Qarabağ müharibəsinin sona çatması ilə bağlı razılaşmanı şərh edib.
Azvision.az -ın məlumatına görə, Qafqaz bölgəsi üzrə ekspert Qarabağ razılaşmasını erməni tərəfi üçün məğlubiyyət adlandırıb.

Onun sözlərinə görə, razılaşmada kifayət qədər müzakirə olunası məqamlar var: "Bu, ermənilər üçün böyük məğlubiyyətdir".

De Valın fikrincə, Ermənistan cəmiyyətini şoka salan digər bir amil, ölkənin baş nazirinin xalqı razılaşmaya hazırlamaq üçün heç nə etməməsidir. Halbuki, o, (baş nazir Nikol Paşinyan-red) sənədin imzalanmasından bir neçə saat əvvəl “qələbədən” danışırdı.

"İmzalanan sənədə əsasən, azərbaycanlıların özlərini xoşbəxt hiss etmələrinin bir çox səbəbi var. Pakt məlum yeddi bölgənin idarəsini Azərbaycana təhvil verdikdə, ölkə üçün mənəvi stimul olacaq. Bu, Azərbaycanın istədiyi hər şey deyildi..."

Tural Tağıyev
Azvision.az


Teqlər: TomasDeVal   Ermənistan   Məğlubiyyət  





Xəbər lenti