Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi

   Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi
  11 Noyabr 2020    Oxunub:3330
Xocavənd polis şöbəsi Hadrutda yerləşdirilib.
Azvision.az xəbər verir ki, bunu Xocavənd icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib.

E.Hüseynov bildirib ki, Hadrutda komendatura yaradılıb və komendant da Xocavənd rayon polis şöbəsinin rəisidir.

E.Hüseynov bildirib ki, Hadrutda müvafiq dövlət orqanları su, işıq, əmlak inventarlaşdırılması və digər məsələlər həyata keçirilir, yəni Prezident İlham Əliyev tərəfindən imzalanan işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmana uyğun olaraq hər bir dövlət orqanı öz tapşırığını yerinə yetirir.

Azvision.az


Teqlər: Xocavənd   İsrail  





Xəbər lenti